Göygöl rayon veteranları «İrəvan» idman klubunun müəllimləri və kicik yaşlı idmançılar arasında görüş keçirilmişdir. Klubun prezidenti tərəfindən veteranlarımıza təşəkkürnamələr verilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
Həbib Hüseynov bildirib ki, bizim tərəfimizdən isə kiçik yaşlı idmançılara bayrağımızı dünya olimpiadalarında dalğalandırdıqları üçün Fəxri fərmanlar və döş nişanları verilib.
Türkay Xaqan






Bu xəbəri paylaşın: