AVMVİB Lənkəran rayon şöbəsinə yeni üzvlər qəbul edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanovun verdiyi məlumata görə, rayon şöbəsində gənc veteranların üzvlüyə qəbul edilməsi mərasimi keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov bildirdi ki, döyüşdən geri dönən döyüşçülər tam baxımsız buraxılıblar. Yaradılmış Komissiyanın fəaliyyətsizliyi isə günbəgün narazılığı artırır. Gənclər arasında izahat işləri aparmağa çalışırıq və bu bizim imkanlarımız daxilində bir iş deyil. Komissiyanın tərkibinə yenidən baxılmalıdır.

Yeni üzvləri Birliyin Nizamnaməsinə uyğun olaraq üzvlük vəsiqələri təqdim olunub.

Elnur Səlim

Bu xəbəri paylaşın: