Xəlifəsiz Xəlifəlinin uşaqsız uşaq bağçası «Veteranlar haqqında» Respublika Qanununu pozub

Qarabağ müharibəsi veteranı Balakişiyev Fərahim Mətləb oğlu bildirib ki, 2018-ci ildən 2020-ci ilə qədər İmişli rayon Xəlifəli kənd uşaq bağçasında gözətçi işləyib.

Amma necə olubsa, günlərin bir günü uşaq bağçasının müdiri, İmanova Gülsüm tərəfindən, işdən çıxarılıb, özüdə pandemiyanin tüğyan etdiyi bir dönəmdə işdən çıxarılma qadağan edilmişdi. Səbəb isə bir vaxtlar işində ciddi nöqsanlara yol verdiyi üçün işdən çıxardığı gözətçinin iki ildən sonra hansısa yolla məhkəmədə bəraət alaraq işinə geri dönməsini səbəb göstərilib.

Müharibə veteranı Fərahim Balakişiyev deyir ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyevin, Qarabağ veteranlarına diqqət və qayğı göstərdiyi halda bağça müdürünün bu addımını başa düşmədiyini deyib. Axı necə ola bilər birinci və ikinci Qarabağ müharibəsində canlarını qanlarını əsirgəməyən veteranlara ölkə rəhbərliyinin tapşırıqlarına əsasən diqqət və qayğının vacib olması göstərilsə də, nə İmişli rayonu Xəlfəli kənd icra nümayəndəliyi, nə də ki, Xəlfəli kənd uşaq bağçasının müdürü İmanova Gülsüm İmanova bu göstərişləri görməzdən gəlir?

Müharibə veteranı Fərahim Balakişiyev bildirdi ki, adı çəkilən baxçada bağça müdirəsinin həyat yoldaşı İmanov İsrail, kənd icra nümayəndəliyinin mühasibi Mikayılov ibrahimin bütün qohum əqrəbası işləyə bilər, amma bir mən Qarabağ veteranıni işləyə bilmərəm?

Qarabağ veteranı Fərahim Balakişiyev əlavə olaraq qeyd etdi ki, Xəlfəli kənd icra nümayəndəliyinə bu məsələ ilə bağlı müraciət etsə də, «get işinlə məşğul ol, nə veteran, veteran salmısan, əlin hara hündürdür, get ora qoy, biz sənə kömək edən deyilik» deyib. Bildiyiniz kimi müharibə veteranı olduğum üçün 80 manat müavinət alıram. Bu qədər pulla necə dolanacaqam bilmirəm. Buradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, mənim səsimə səs versin, məsələ ilə bağlı aidiyyatı qurumlara İmisli rayon İcra Hakimiyyətinə lazımi göstəriş versin ki, bu məsələ araşdırılsın və öz hüquqi həllini tapsın…(oxuinfo.az)

Redaksiyadan: İmişlidə Vilyam Hacıyevin tozanağı yatmamış, yeni «Xəlifələr» ortaya çıxıb. Amma ölkəmi qanunların hakim olduğunu bu uşaqsız uşaq bağçası müdirinin və «nə veteran, veteran» deyən İmişli rayon İcra Hakimiyyəti Xəlfəli kənd i üzrə nümayəndəsinin yadına «Veteranlar haqqında» Respublika Qanununun 9-cu maddəsində deyilir: «Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, veteranların əmək, sahibkarlıq və başqa ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir.

Bu Qanunla müəyyən edilmiş güzəştlərlə yanaşı, veteranlar pensiyaya çıxdıqdan sonra əmək kollektivinin qərarı ilə mövcud qanunvericiliyə əsasən həmin müəssisədə, təşkilatda, idarədə mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardım göstərilməsi, sanatoriya-kurort xidməti və mədəni xidmət sahəsində müəyyənləşdirilmiş güzəştlərdən istifadə edə bilərlər».

Amma görünən odur ki, Xəlifəli kəndində respublikanın Qanunu deyil, xəlifəlik qanunları işləyir. Amma Qanuna görə müharibə veteranı bu məqam ən azı özgə bir işlə təmin olunmalıydı.

Ümid edirik ki, İmişli rayon İcra Hakimiyyəti bu məsələni nəzarətə götürəcək və müharibə veteranı Fərahim Balakişiyevin pozulmuş hüququ bərpa olunacaqdır.

Elnur Səlim

Bu xəbəri paylaşın: