
NƏRİMAN QƏHRƏMANLI
Məni məndən alıblar,
Məndə məndən əsər yox.
Allahı aldadıblar,
Allahdan da xəbər yox.
ƏRZİN YİYƏSİ ONLAR
Məni məndən alıblar,
Məndə məndən əsər yox.
Allahı aldadıblar,
Allahdan da xəbər yox.
Özəlləşibdi hər şey,
Hər şeyin yiyəsi var.
And iç,
Qurandan don gey,
Qılınc var, tiyəsi var.
Bu dünyanın sahibi,
Ərzin yiyəsi onlar…

YOXSAN
Süleyman Rüstəm
İmkanlı olanda ətrafa baxdım,
Önümə baxdım, önümdə varsan,
Arxama baxdım, arxamda varsan,
Soluma baxdım, solumda varsan
Sağıma baxdım, sağımda varsan.
İmkansız olanda ətrafa baxdım,
Önümə baxdım, önümdə yoxsan,
Arxama baxdım, arxamda yoxsan,
Soluma baxdım, solumda yoxsan,
Sağıma baxdım, sağımda yoxsan…
Düşündüm: Yaxşı ki,yoxsan!!!

TAPAMMIR
Gőrə bilmir solun, saĝın,
Gűndűzűn gűnorta çağı,
Bizim məhəllə uşaĝı
İtirib başın, tapammır.
Gőyə baxır, yerə baxır,
Yűz qapıdan girir-çıxır…
Və sairə, və ilaxır…
Itirib başın tapammır…
Coxu dűnyanın bicidi.
Osa dərdin girincidi.
Nə sonuncu, birincidi,
Itirib başın tapammır.
Çiyni, qolu yerindədi,
Âğlı, dili yerindədi,
Fikri, feli yerindədi,
Itirib başın tapammır.
Zaman zəmanə əyri-dűz,
Istəyirsən yűz yerə yoz.
Acıb deyimmi, sőzbəsőz,
Satan alanı tapammır,
Alan satanı tapammır…
Nə çoxdu başın itirən,
Başın tapanı tapammır…

