Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə yayılan videosunu yanlış və vicdansızcasına yozan, jurnalist etikasından uzaq yozumları oxuduqca düşündüm ki, bizim ən qorxulu düşmən içimizdə bəslənən sayt adlı bu düşmən «aftafalarıdır». Bunlara son deməyin və «DUR!» deməyin vaxtıdır.
Daxildə təxribat yaratmaqda vəzifələndirilən bu adamlar, azad edilmiş rayon başçılarını azad olunmuş ərazilərə getməməkdə, Vaqif Həsənovu isə getməkdə günahlandırmalarının özü bir təxribatdır.
Bu kadrları ilk yayan “Yeni Sabah” bildirir ki, «video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir. Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub».
Bu informasiyanı yazan və yayan saytın bir başa erməni məxfi xidmət orqanlarının puluyla çıxdığını iddia edirik. Çünki o kadrlarda dağ döşündə yerləşən kəndin aralıq yollarında yeriyən adama «kefli» ayaması vuran saytın «ekspertliyi»nə özgə nə ad vermək olar? Bəlkə nə yediyini də yazasınız…
Azəbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Vaqif Həsənovun, həm şəhid ailələrinə, həm də müharibə iştirakçılarına olan örnək münasibətini bütün başçılara nümunə göstərib. Elə düşmənlə üzbəüz bir mövqedə yerləşən Əliağalı kəndini bu gün ziyarət etməsi də onun vətənpərvərliyinin nümunəsidir və Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına tam uyğundur. Ən azı alqışlanmalıdır. Kadrlardakı görüntülərdə Ağdam rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovu tanıyan bir adam kimi baxdım və bu adamın yeriş üslubu bu cürdür.
Üstəlik də, üzü eniş yolla özgə necə yerimək olduğunu qoy bu erməni xislətlilər, gedib həmin kənddə göstərsinlər. Bu xəbəri manşet edənlərin bunca düşük əxlaqla və bunca şər-böhtanla kimə xidmət etdiklərini qoy özləri yazsınlar. Yaxud da informasiyanın fərqinə varmadan havada qapıb yayınlayan «əldəqayırma saytlar» yaydıqları informasiyaların fərqinə varsınlar? Nə vaxtadək bizim informasiya məkanında FETÖ-çülərin və Marqarita Simonyanın informasiyaları at oynadacaq? Bu bir ayıbdır.
Elementar məntiqi olan, ən savadsız adam da yaxşı bilir ki, V. Həsənov düşmənlə əhatələnmiş əraziyə ən yaxın adamlarıyla gedib və əgər kefli olsaydı bu kadrların çəkilməsinə ən azı icazə verməzdi. İllər sonra ayaq basdığı və doğulub böyüdüyü bir kəndin sevinci, nisgili onun səsində duyulur.
Bunu görməzdən gələn saytların və youtube kanallarının «qondarma zurnalistəri»nə üz tuturam. Bir az vicdanlı olsanız, gülünüzmü solar? Allah sizi bizlər üçün lənət obyektimi yaradıb? Bu ölkədə baş verən bu böyük işləri niyə ləkələməyə çalışırsınız? Kimə nökərçilik edirsiniz? Allah sizlərə lənət eləsin!
Atalar misalı var: «İt hürər karvan keçər», amma karvanın keçməsi üçün heç də hər zaman itin hürməsi vacib deyil…
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
