Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) ordudan tərxis olunmuş bir qrup gənc döyüşçü ilə görüş keçirilib.
Gənclərlə görüş Qobustan Gənclər Evinin SXM-nin direktoru Anar İrzaquluyevin təşəbbüsüylə baş tutub.
Gəncləri qəbul edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev onların problemləri ilə maraqlanıb. Gənclər Qobustan rayonunda onlara diqqət və qayğıyla yanaşıldığını bildirdilər.
Elə Qobustan Gənclər Evinin SXM-nin direktoru Anar İrzaquluyevin bu təşəbbüsü də belə qayğılardan biri sayıla bilər. O, bir qrup Qobustan rayonundan olan Vətən müharibəsi iştirakçıları ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bakı şəhərindəki mərkəzi ofisində görüşün təşəbbüskarı olub. Rayonda da daim müharibədən tərxis olan döyüşçülərin cəmiyyətə adaptasiya olmaları üçün əlindən gələni əsirgəmir.
Qobustan Gənclər Evi SXM-nin direktoru Anar İrzaquluyev bildirdi ki, tezliklə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qobustan rayon şöbəsinin yenidən fəaliyyətini bərpa etməsinə Qobustan Gənclər Evi SXM təşəbbüs göstərib. İnanırıq ki, tezliklə rayon şöbəsi fəaliyyətini bərpa edəcək.
Görüşdə AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov da iştirak ediblər. Onlar da gənc döyüşçülərə öz tövsiyyələrini veriblər.
Elnur Səlim

