Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.
Fedai.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 4 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.
— Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
— Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
— Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
— Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.
