Nazirlik «əlilləri necə sağaldır»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, ehtiyyatda olan tibb polkovnik leytenantı Habil Şirinovun əlilliyi qeyri-qanuni olaraq ləğv edilib.

Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib. Paylaşımda deylir: «Mənə göndərilmiş əlilliyimin imtina cavabında göstərilir ki, guya mən 1992-ci ildən bu günə kimi xəstəliklə bağlı heç bir müalicə aparmamışam.

Amma mən elə xidmət etdiyim dövrdə dəfələrlə ambularor və srasionar müalicədə olmuşam. Xidmətdən sonra isə ildə ən azı iki dəfə ambulator müalicə almışam. Həkim olduğum üçün demək olar ki, xəstəliklərimi həmişə nəzarətdə saxlamışam. Bunlar nə etmişlər?

Azətbaycanda əlilliklə pensiya alan hər bir xəstə haqqında məlumatları alayarımçıq halda kompyuterdə sistemə yerləşdirmişlər. Əsas meyar olaraq, güya hər bir xəstə ildə bir dəfə stasionar müalicədə olması haqqında məlumat götürülür. Əvvəla Azərbaycanda 1 milyon 200 min nəfər xəstəliklə şəhadətləndirilmiş əlil var. Bunların hamısının hər il stasionar müalicə almaları mümkün deyil və buna xəstələrin maddi vəziyyəti imkan vermir.

Xəstələrin əksəriyyəti də hər il dəfələrlə qeydiyyatda dayandıqları poliklinikalarda ambulator müalicə alırlar. Mən demək olar ki, xəstəliklərimlə əlaqədar hər gün dərmanlardan istifadə edirəm. Nə dərəcədə əzyyət çəkdiyimi özüm bilirəm. Yaxınlarımı xəstəliklərimi biruzə verməklə narahat etmirəm. Həmişə ruhumu yüksək tutmağa çalışıram. Mənim xəstəliklərlə əlaqədar yalnız əlimdə olan sənədlərimin şəkillərinə baxa bilərsiniz.

Üzümü sizə tuturam Sahil Babayev! Demirəm ki, saxta əlilliyi olmayanlar yoxdur, əlbəttə var. Onları da sizin kimi nazirlər edib. Yaxşı, niyə ucdantutma hamının əlilliyini kəsirsiniz?

Niyə qurunun oduna yaş da yanmalıdır? Anadangəlmə xəstələrə də eyni cavablar verilir. Məgər anadangəlmə xəstə sağalıbmı?

Və yaxud, mən hələ qeydiyyata alınmayan xəstəlikləri demirəm, bu qədər xroniki xəstəliklərimi sağaldacaqsınızmı?

Xeyr. Sizlər pis yoldasınız. Sadəcə olaraq suyun, benzinin qiymətinin qaldırılması, bahalaşmaya start verilməsi xalqın birliyi sayəsində Ali Baş Komandan başda olmaqla qazanılan şanlı qələbəyə kölgə salmaq və xalqı narazı salıb kütləvi itaətsizliyə sürükləməkdir.

Mən sizdən haqqımı tələb edirəm. Xahiş edirəm ki, imkanı olanlar paylaşsınlar. Saytlar da öz səhifələrində paylaşıb ictimailəşdirsinlər».

Habil Şirinov

«EHTİYYATDA «BURAXILAN» MÜHARİBƏ ƏLİLİ» və ehtiyyatda olan tibb polkovnik leytenantı

Bu xəbəri paylaşın: