Daha bir qazimiz sıralarımızdan ayrıldı

AVMVİB üzvü, II dərəcəli müharibə əlili, ehtiyyatda olan baş leytenant Azər Hacıyev vəfat edib.

Bu barədə AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Elmar Hüseynov bildirdi ki, Azər Hacıyev 1990-1993-cü DİN XTPD tərkibində xidmət edib. Dəstənin tərkibində Şuşa, Goranboy, Ağdam, Füzuli, Laçın və s. yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə iştirak edib.Dəfələrlə rəhbərlik tərəfindən onun döyüş xidmətləri mükafatlandırılıb. A. Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovla dost idilər. Qızına Tahir Həsənovun anasının adını vermişdi. Allah Qalibə qızımıza səbir versin!

Allah rəhmət eləsin!

AVMVİB Rəhbərliyi, AVMVİB Nəsimi rayon şöbəsi rəhbərliyi müharibə əlili Azər Hacıyevin vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: