«Bayraktar TB-2» yenə OD ƏLƏYİR: Hədəf yüksək dəqiqliklə MƏHV EDİLDİ

Türkiyədə «Mavi Vatan 2021» hərbi təlimində «Bayraktar TB-2» silahlı insansız hava aparatından (SİHA) ən uzunmənzili atış həyata keçirilib.

Fedai.az publika.az-a istinadən bildirir ki, bu dəfə «MAM-L» raketləri ilə silahlanan «Bayraktar TB-2» hədəfi yüksək dəqiqliklə məhv edib.

Türkiyə Müdafiə Nazirliyi təlim çərçivəsində rekorda imza atıldığını açıqlayıb.

Türkiyə Dəniz Qüvvələrinin arsenalına daxil edilən «MAM-L» raketləri lazer izləyici qurğulara sahibdir.

Bu xəbəri paylaşın: