Çinin texnologiya nəhəngi «Oppo»nun İstanbuldakı (Tuzlada) fabrikində smartfon telefonların sınaq istehsalına başlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat yayıb.
Nazir qeyd edib ki, zavod tam gücü ilə işə salındıqdan sonra minə yaxın insan işlə təmin olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın investorlar üçün ən əlverişli şəraiti yaratmaq üçün səy göstərdiyini deyən Varank ölkəsinə sərmayə qoyan hər kəsin faydalandığını bildirib.
Bu xəbəri paylaşın: