Amerikada toy edən anti Amerika rus «patriotları» — Olqa Skabeyeva və Yevgeniy Popov

Həmçinin, Azərbaycan düşməni olan cütlüyün — Olqa Skabeyeva və Yevgeniy Popovun ezamiyyətdə («komandirovka»da) evləndiyini bilirsinizmi?
Olqa Skabeyeva və Yevgeni Popov bəlkə də Rusiya televiziyalarının ən məşhur rus «patriot»u olan jurnalist cütlüyü hesab edilir. Bu gün bir çoxlarına onların ər və arvad olduqları təəccüblü gəlir.


Bu il bu cütlüyün ailə qurmasının 7 yaşı tamam olur. Təəccüblüdür ki, hətta jurnalistlərin özləri də ailə qurmalarının tarixini dəqiq xatırlamırlar. Zarafatla bunun hansısa ilin “aprel aylarında” baş verdiyini söyləyirlər, amma heç kim bunun fərqinə varmır.

Məsələ burasındadır ki, onlar ezamiyyət (komandirovka) zamanı evləniblər. Jurnalist fəaliyyətinin xüsusiyyətlərinə görə, toy həmişə bir tarixdən digər tarixə təxirə salınmalı olurdu, çünki rəhbərlik davamlı olaraq onlara çətin tapşırıqlar həvalə edirdi. Cəfakeş patriotları, hətta «toy etmək üçün ABŞ-a ezam ediblər». Bu rus «patriotizminin» ruporları Nyu Yorkda evlənməyə məcbur qalıblar. «Bu ağır günlərdə, Amerikaya nifrət edə-edə yatağa giriblər». Bütün Amerikadan o gecə heyif çıxıblar. Nəticədə, Olqa və Yevgeni ər və arvad olduqları şanslı tarixi sadəcə «unudublar». Ancaq 2013-cü ili yaxşı xatırlayırlar…


Amma unutmaqlarına sadəcə «sərxoş» olmaları səbəb olmayıb. Bunun əsas səbəbi Olqa və Yevgeninin Amerkaya olan «nifrətidir». Hesab edirik ki, buna Olqa və Yegeninin evliliyinin Nyu Yorkda baş tutmasını bu cütlük, bu gün (Skabeyevanın qeyd etdiyi kimi) «vətənpərvərlik hissinin yoxluğu»nun təzahürü kimi deyil, məcburi baş vermiş bir hal kimi rus xalqına sırımağa çalışırlar. Bədbəxt rus xalqı da bu cütlüyün anti Amerika propoqandası ilə yatıb durur və hətta əlacsızlıqdan, işin çoxluğundan Nyu Yorkda evlənməyə məcbur qalmış bu bədbəxt cütlüyün xoşbəxtliyinə dualar edirlər. Yazıq Olqa o gecəni xatırlamaq istəmir. Yevgeni də o qara Nyu York gecələrini artıq unudub.


Hətta «Bir insanın taleyi» («Судьба человека») proqramında Olqa və Yevgeni maraqlı bir hekayə də uydurub danışıblar.


Bruklin körpüsündən keçərkən aşağıda torlara dolaşmış, çirkablar içində olan bir göyərçin görüblər. Cütlük dərhal onu bütün mümkün yollarla xilas etməyə tələsib. Xocalıda, Bakıda və dünyanın hər yerində minlərlə körpəni, silahsız insanları qətlə yetirən və bu gün də qatil ermənilərə dəstək verən «mərhəmətli rus ruhu» dilə gəlir. Faşizmə dəstəkçi və nökər olan bu cütlük göyərçini tordan xilas edirlər. Bu, yoldan keçənlərin çoxunun diqqətini cəlb edib. Ümumiyyətlə, bu cütlük evlənmələrindən sonra vəhşi təbiətdə olan göyərçinləri, o xoşbəxt günlərinin bir növ romantik simvolu sayırlar.


Fotoşəkildə xilaskarlarını tərk etməyə tələsməyən xilas edilmiş bir göyərçin göstərilir. Mənə bu şəkil əslində rusları və onlara köpəklik edən separatçı erməni faşizmini xatırlatdı. Elə bu cütlük də erməni separatizmi və terrorizminə nökərlik etdiyinə görə bu fotoya özgə anlam verə bilmədim. Satılmış jurnalistin humanizmi olmur.


Ona görə də bu pullu və mehriban cütlüyün ailə həyatının detallarını diqqətlə gizlətmələri başa düşüləndir…


X. Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: