TƏBRİK: Ədalət Şükürov — 54

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Ədalət Şükürovun ad günüdür!

Bölgə veteranlarının problemlərinin həllində, rayonda veteran adının uca tutulmasında Ədalət Şükürovun müstəsna xidmətləri var. Hadisələrin ilk günündən 1996-cı ilədək müxtəlif cəbhələrdə döyüşüb. Oğulları da atalarının yolu ilə gedir. Hazırda Ə. Şükürov Ağstafa rayonu Xətai bələdiyyəsində vergi müfəttişi işləyir. Rayonda, fəal ictimaiyyətçi kimi tanınır.

Ad günü münasibətiylə Ədalət Şükürovu, həm veteran, həm də həmkar kimi təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.

Bütün gözəlliklər sizin olsun, Ədalət bəy!

100 YAŞA!

AVMVİB VƏ AĞSTAFA RAYON ŞÖBƏSİ RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ SAYTI
 KOLLEKTİVİ

Bu xəbəri paylaşın: