Klassik erməni iftiraları: ÜSYAN, XƏYANƏT, ŞİKAYƏT

Səlim Sarısoy

Birinci Dünya Müharibəsi zamanı İttifaq dövlətlərinin İskenderun sahillərinə çıxma planları ortaya çıxınca, Fransalı istibaratının qısqırtmasıyla Samandağa bağlı yeddi erməni kəndinin əhalisi vergi ödəməyi və ordu üçün əmr edilən yardımları verməyi rədd edərək üsyan etdilər.


Aralıq dənizinə geniş bir sahili olan Musa dağına çıxan üsyançılar qadın, uşaq demədən bütün kənd əhalisini də yanlarında götürürlər.

Bölgədəki Osmanlı birliklərinin komandiri Fəxri Paşa, üsyançılara dağdan enmələrin və təslim olmaları üçün onların yanına «nəsihət heyəti» göndərir.
Ancaq üsyançılar təslim olmağı qəbul etmir, Türk əsgərləri ilə qarşıdurmalara girirlər.

Musa dağının strateji mövqeyi üsyançılar üçün bir üstünlükdür, ancaq zaman içərisində qadın və uşaqların da olduğu 7 kənd əhalisinin qida və digər ehtiyaclarını qarşılamaq getdikcə çətinləşir.

Aralıq dənizindən keçən İttifaq Dövlətləri gəmilərinin onları görməsi üçün gecələri od yandıran üsyançılar, böyük bir çarşafın üzərinə qırmızı bir xaç çəkərək dəniz tərəfindəki yamaca asarlar.

Fransız gəmisi üfüqdə görünür. Yaxşı üzə bilən gənc üsyançılar dənizə atılaraq, Fransız dilində yazılmış bir məktub olan dəmir qutunu boyunlarından asarlar.


Gəmiyə çıxan üsyançılar içərisində xristian Erməni üsyançıların Türk qüvvətlərin Musa dağında mühasirədə olduqlarını və çətin vəziyyətdə olduqları yazılan məktubu kapitana verirlər.

Kapitan müdafiə üçün başqa bir döyüş gəmisini əraziyə çağırır. Bir müddət sonra bütün erməni üsyançıları bu Fransız döyüş gəmilərinə köçürlər.


Fahri Paşa bu mərhələdə son və ən əhmiyyətli hücumunu edər.

Polkovnik Qalib bəy komandanlığındakı birlik də Musa dağına çıxar, ancaq heyvan leşlərini başqa bir şey tapa bilməzlər. Sahilə enən izlər təqib edilir və nəticə aydın olar.


40 gün ərzində əsgərə müqavimət göstərən üsyançılar qayıqlarla Fransız gəmilərinə daşınmış və geridə qalan heyvanları da «düşmən əlinə keçməməsi üçün» öldürülmüşdülər.

Fransız gəmiləri Musa dağından üsyançıları Misirə aparırlar. Müharibənin sonunda 1919-cu ildə təkrar Samandağ və Musa Dağı bölgəsinə geri dönən bu üsyançılar, Xatayın 1939-cu ildə Türkiyəyə qatılmasıyla təkrar bölgəni tərk edərlər.

Musa dağından qaçış hadisəsi 1933-cü ildə Avstriyalı yazıçı Franz Werfel tərəfindən qələmə alınır. Sonra isə filmə çəkilir.

Türkiyə, bunun bir qaralama kampaniyası olduğunu, kitab və filmdə iştirak edən hadisələrin gerçək olmadığını izah etməyə çalışır. İşdə bu Musa Dağı hadisəsinə aid fotoşəkillər bu kitabla gün üzünə çıxdı …



Musa Dağında Qırx Gün -Franz Werfelin kitabı ilə gün işığına çıxmışdır, üsyançıların hamısı Fransız Donanması tərəfindən alınaraq aparılmışdır, ancaq ermənilər soyqırım iddialarından imtina etməzlər çünki qərb Türklərin əleyhinə hər şeyi nağd hökmlə qəbula hazırdır.

Qaynaq: http://gundem.milliyet.com.tr/bu-fotogr … htm?PAGE=3

Bu xəbəri paylaşın: