AVMVİB rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə və silahlı qüvvələr veteranı ehtiyatda olan polkovnik Salamat Cəfərovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Polkovnik Cəfərov Salamat Surxay oğlu 12.07.1967-ci ildə Zəngəzur mahalının Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. O, 1984-ci ildə orta məktəbi, 1989-cı ildə SSRİ Müdafiə Nazirliyinin Ximelinskidə yerləşən Ali Hərbi Məktəbi 2000-2003 və 2005 ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Bəytəpədə yerləşən Türkiyə Jandarma qüvvələrinin isə İzmir şəhərində (Focidə) yerləşən Ali hərbi təhsil müəssisələrinin “Briqada və bölgə komandiri vəzifəsi üzrə “ ixtisas artırma kurslarını bitirib.
O, 1989-1992-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Cexavlsiyada və Kalinqrad şəhərində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə işləyib. 1993-2018-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Nərimanovda yerləşən hərbi hissədə Silah xidmətinin rəisi, DQBİ-nin Naxçıvan şəhərində Xəzər, Nərmanov, Binəqədi, Xətai və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrdə hər hissə komandirinin müavini – Qərərgah rəisi, DQBİ-də nizamnamələrin və metodik vəsaitlərin hazırlanması bölməsinin rəisi, DQBİ-nin Artileriya xidmətinin rəisi vəzifəsində olmuş, Daxili Qoşunların Lənkəran şəhərində və Nərimanov rayonunda yerləşən hərbi hissələrdə isə Alay komandiri vəzifəsində xidmət etmişdir.
Polkovnik Cəfərov Salamat Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir O, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində rəhbər vəzifələrdə xidmət edərkən, bir çox komissiyaların, kompleks və məqsədli qrupun sədri və üzvü olarkən, səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyətiylə Daxili İşlər nazirliyi rəhbərliyinin və Daxili Qoşunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur .
Müharibə və Silahlı qüvvələr veteranı ehtiyatda olan Polkovnik Cəfərov Salamat peşəkarlığı və humasitliyi ilə seçilən ən məhsuldar dövrünün 33 – illik şərəfli xidmət yolunu hərbi xidmətdə kecirib
O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konistutiyasına və qanunlarına, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə olmuşdur.
Salamat Cəfərov Daxili qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə ictimai asayişin qorunmasında ictimai təhlükəsizliyin təmin edilməsində və azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Ehtiyatda olan polkovnik Salamat Cəfərovun Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyəti həmişə Daxili işlər nazirliyinin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı tərəfindən yüksək qiymətləndirilib. Cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında xidməti və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə o, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Hərbi Xidmətlərinə görə “ medalı ilə təltif olunub, Daxili işlər nazirinin və Daxili Qoşunlar komandanının müvafiq əmrləri ilə isə bir sıra medallarla , döş nişanları ilə , Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev