Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsində Vətən müharibəsinin ən fəal iştirakçıları Fəxri Fərmanla təltif olundular.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
Elmar Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamları ilə 4 medala layiq görülmüş, döyüşlərdə yaralanmasına baxmayaraq yoldaşlarından geridə qalmayan 1990-cı ildən XTMD (OMON) xidmət etmiş, ehtiyatda olan kapitan Əbülfət Kərimov və Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 saylı tam orta məktəbin hərbi rəhbəri, ehtiyatda olan kapitan Qalib Paşayev «Orduya dəstək» kompaniyası çərçivəsində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunublar.
Təbrik edirik!
Türkay Xaqan


