AVMVİB Suraxanı rayon şöbəsinin sədri Fəxri fərmanla təltif edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov Fəxri fərmanla təltif edib.

Eldar Rüstəmov «26 İyun — Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətiylə rayonun ictimai-siyasi həyatında vətənpərvərlik nümunəsi göstərdiyinə görə təltif olunub.

Ümumiyyətlə, qeyd edək ki, Suraxanı rayonunda qazilərə və şəhid ailələrinə diqqət və qayğı nümunəvidir. Eldar Rüstəmov, şöbə sədri kimi, həm AVMVİB-də, həm də Suraxanı rayonunda gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyə olunması, müharibə veteranlarının hüquqlarının bərpa edilməsi üçün fədakarlığı ilə daim öndə olub.

Gec də olsa E. Rüstəmovu təbrik edir və gələcək işlərində uğurlar diləyirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: