Göygöl sakini mal-qara otaran zaman minaya düşüb

Göygöl rayonunun Bənövşəli kəndində bir nəfər mal-qara otaran zaman minaya düşüb.

Kəndin yaylağında 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal minaya düşərək həlak olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Bu xəbəri paylaşın: