Ukrayna parlamenti, Krım Türklərinin, Karaimlərin və Krımçakların ölkənin yerli xalqı kimi tanınmasını nəzərdə tutan qanunu qəbul etdi.
İllərdir öz haqlarının verilməsini gözləyən Krım Türkləri və Ukraynadakı digər yerli xalqlar istəklərinə çatıblar.
Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən «Ukraynanın yerli xalqları haqqında» Qanun layihəsi parlamentin gündəminə salınıb.
Səsvermədə iştirak edən 345 deputatdan 325 nəfəri qanun layihəsinin leyhinə səs verib.
Bununla da Krım tatarları, Karaim və Krımçak xalqları Ukraynanın yerli xalqı kimi tanınıb. Ölkədə yaşayan ruslar isə Ukrayna sərhədlərindən kənarda dövlətə sahib olduqları üçün yerli xalq kimi tanınmayıb.
Krım Türkü, Ukrayna parlamentinin deputatı Rüstəm Umerov qanunun ölkə üçün əhəmiyyətli və tarixi bir sənəd olduğunu vurğulayıb.
«Ukrayna Konstitusiyasında yerli xalqların və milli azlıqların hüquqlarının yalnız Ukrayna qanunları ilə təyin olunduğu yazılırdı, lakin yerli xalqların hüquqlarını tanıyan bir qanun yox idi. İndi qanunvericilikdəki bu boşluğu nəhayət doldurduq. Bu qanun Ukraynanın yerli xalqlarının Krım Türkləri, karaimlər və krımçaklar olduğu müəyyənləşdirildi. Qanun Ukraynanın yerli xalqlarının davamlı inkişafına, habelə mədəniyyət, təhsil, dil və bilik hüquqlarına zəmanət verir», deyə Umerov qeyd edib.
Xatırladaq ki, dini fərqlilik olsa da tanınan bu xalqlar türk xalqlarıdır.
