Köçəryan deputat mandatından imtina edəcəyini yazıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünün Facebook səhifəsində bəyanat yayıb.


O, deputat mandatından imtina etdiyini bildirib.


Köçəryan öz mandatını komandasından olan birisinə güzəştə gedəcəyini vurğulayıb.


Qeyd edək ki, eks-prezidentin rəhbərlik etdiyi «Ermənistan” bloku iyunun 20-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 21,9% səs toplayaraq parlamentdə 29 yer əldə edib.

Bu xəbəri paylaşın: