Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərovun verdiyi məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci və İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid və aztəminatlı ailələrə Qurban payı verilib.
Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov bayram münasibətiylə müharibə veteranlarını təbrik edib.
Elnur Səlim