Ağdamda əməliyyat : Daha 3 nəfər qanunsuz «səyyah» tutuldu

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 3 nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.

Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.

Həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilib.

Qanunsuz keçidlər qadağalara və həbslərə baxmayaraq davam etməkdədir. Maraqlı orasıdır ki, bu qanunsuzluğa yol verənlərin o bölgələrə aidiyyatları və qeydiyyatları belə yoxdur. Həm də bəzilərinin şübhəi kimlikləri diqqətimizi cəlb elədi. Aidiyyatlı qurumlar bu nüansı diqqətdən qaçırmamalıdırlar.

Fedai.az Araşdırma Qrupunun ilkin versiyasına görə bu adamların və yaxud da yaxınlarının Rusiyada ermənilərlə yaxınlığı və biznes əlaqələri var. Deməli bu qanunsuz «səyyahlar»ın, sadəcə «Vətən sevgisi» qıcqırmayıb. Onlar 90-cı illərdəki kimi konkret tapşırıqlar üzrə hərəkət etməkdədirlər.

28 aprel 2021-ci il DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verdiyi bir məlumatda deyilirdi ki, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının vətəndaşı Muxamed Abdullayev olduğu müəyyən edilib. Rusiya Federasiyasının vətəndaşı Muxamed Abdullayev Qarabağı görmək arzusuna inananız varmı?

Həqiqətən də mina təhlükəsini gözə alaraq ərazilərə qanunsuz səfərlərin pərdə arxasında ciddi nüanslar dayanmaqdadır. Bu sahədə qanunlar və nəzarət sərtləşdirilməlidir…

Əli Nəsib Zərdabi

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: