Unudulmuş tariximizə düşən işıq

İLHAMİ Cəfərsoy

Elmlər doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri

A ğ b a ğ a Dağlıq Qarabağ dedilər

Nizami Gəncəvi yazır ki, Məhinbanu Şirinin sorağı ilə Bərdəyə gələn Xosrov Pərvizi Ağbağa aparır. Ağbağ Murov dağı ilə Tərtər çayı arasında yaylaq şəhərciyi idi.

Bundan çox əvvəl isə orada Ağbağ adlı Aran nəsli yurd salmlşdı. Sonralar Xaçın adlanan knyazlığın hakimi Həsən Cəlalın atası Vaxtanq Ağbağ totem adı daşıyırdı. Aran mənşəli Baq nəsli 2 yerə bölünmüş, qarabaqlar İslam dinini qəbul edərək Naxçıvanla Təbriz arasında yurd salnış, ağbaqlar xristianlıqdan üz döndərməyib dağlara çəkilmişdilər.

Onların bir hissəsi isə Van ğölü vadisinə gedib çıxmışdı. Ermənilər Ağbağ nəslinin elm və din xadimlərini Axbaxetsi, H»Axbaxetsi adlandırmaqla uzun zaman tədqiqatçıların diqqətini yayındırdılar. «Baq» sözü Aran dilində «kahin» deməkdir. Onun başqa bir variantı maq olmuşdur. Kim isə baq və maq sözlərinin mənşəyi haqqında bizimlə mübahisə edə bilər.

Ağ və qara sözlərinin türk mənşəyi isə mübahisə mövzusu deyil. Ağbaqların çoxu döyüşlərdə qırıldı. Az bir qismi sağ qalıb Dağıstana köçdü. İndi onlar özlərini Axvax adlandırır və Avar dili ilə qarışmış bir dildə danışırlar.

Onların dilində yüzlərlə türk sözü indiyədək qalmaqdadır. Yaxın illərdə Vladimir Yolçuyevin əsgərlərini ölkəmizdən qovub, Ağbağ mahalının tarixi adını özünə qaytararıq.

*************

AXVAXLARIN Toy və nişan mərasimləri

Rəsul Həmzətov yazır ki, Dağıstanın Axvax kəndində bir qız ərə getmək istəyəndə eyvana çıxıb mahnı oxuyur. Oğlanlar səsi eşidib öz papaqlarını qıza atırlar. Qız hansı oğlanı bəyənirsə, onun papağını saxlayır, qalanlarını çölə atır.

Sabahı gün öğlanın qohumları qıza nişan gətirirlər. Bu adətin bir neçə minillik tarixi var.

Ağbaqlar dillərini dəyişsələr də, son zamanlara qədər özlərinin bəzi adət-ənənələrini unutmamışdılar. Azərbaycanda və Dağıstanda 9 Axvax kəndi vardır.

Onların 8-i özünü Axvax adlandırmır, Aşvali və b. adlarla adlandırır. Bu o deməkdir ki, Axvax dili ən azı 9 dilin qatışığından yaranmışdır. Düzənlik ölkələrdə xırda xalqlar tez məhv olub gedirlər. Dağlarda, mağaralarda isə yüz illərlə özlərini qoruya bilirlər. Axvax dili nə qədər dəyişsə də, onun kökündə prototürk leksikasının qiymətli nümunələri qalmışdır. Məs: onlarda Baruka oğlan adı var. Baruka börüyə, ulayan hansısa yırtıcı heyvana sitayişlə bağlıdır.

Dağıstan xalqlarının çoxu bizim qan qardaşlarımızdır. Biz onlarla lazımi əlaqələr qura bilmirik. Ermənilər isə Rəsul Həmzətova yazılar yazdıra bildilər. Sadvalçıları aldadıb metroda adamlarımızı öldürdə bildilər. Biz isə yaxın və uzaq məqsədlər üçün Qafqaz siyasətimizi yaratmaq əvəzinə, fil qulağında mürgüləməyi xoşlayırıq.

Bu xəbəri paylaşın: