Ermənistan KİV-ləri sərhəddə baş verən atışma zamanı Azərbaycan ordusunun fəaliyyətindən yazıb.Geqarkunik rayonunda yaşayan yerli əhali bu barədə mətbuata şahidi olduqları hadisədən bəhs ediblər.Onlar bildirib ki, atışma zamanı Azərbaycan ordusu Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbələr endirib.
«Postları elə vururdular ki, biz elə bildik ki, indi keçib kəndə girəcəklər» deyə onlar bildirib.
13։00 radələrindən etibarən Ermənistan-Azərbaycan sərhəddində Geqarkunik istiqamətində vəziyyət sabitdir.
Azərbaycan Silahlı Qüvvələrinin Geqarkunik istiqamətində düşmən təxribatının qarşısını alarkən daha 4 (dörd) erməni hərbçisi yaralanıb.
Qalanews Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
«İdarədən verilən məlumata görə, saat 13։00-dan Ermənistan-Azərbaycan sərhəddində Geqarkunik istiqamətində vəziyyət sabitdir. Atəşkəs razılaşmasına əməl olunur. Sərhədin qalan hissələrində vəziyyət nisbətən sakitdir.» deyə məlumatda bildirilir.
Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində erməni tərəfində üç ölüb və iki nəfər yaralanıb. Davam edən atışma zamanı daha 4 erməni hərbçi, Azərbaycan ordusunun isə, iki hərbçisi müxtəlif dərəcəli yaralar alıb.