Qardaş Türkiyə yanğını ram edə bildi

Türkiyənin 9 rayonunda vüsət almış dəhşətli meşə yanğınlarının söndürülməsi işləri davam edərkən 4 rayondan sevindirici xəbərlər gəlib.

Verilən xəbərlərə görə, Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda  isə tamamən nəzarətə götürülüb. 

Hazırda 9 müxtəlif şəhərdə davam edən yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, meşə yanğınlarının davam etdiyi ərazilərin bəzilərində alovlar yaşayış məntəqələrinə yetişib. Həmin ərazilərdə yaşayan sakinlər təhlükəsiz yerlərə evakuasiya edilib.

Bu xəbəri paylaşın:
  • 263
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •