Bizim mətbuat yenə öz ampulasındadır. Qazaxın 7 kəndinin Azərbaycana geri qaytarılması ilə bağlı Ermənistan parlamentində qapalı müzakirə aparılıb. Erməni deputat Anna Qriqoryan iclas zamanı rəsmi İrəvanı bu mövzü ilə bağlı ictimayəti aldatmamağa çağırıb.
Buna səbəb Ermənistan parlamentindəki Anna Qriqoryan çıxış zamanı Ermənistan hakimiyyətinin Naxçıvanın Kərki, Qazaxın Yuxarı və Aşağı Əskipara da daxil olmaqla, 7 kəndi, o cümlədən Xindzirək kəndlərinin Azərbaycanın nəzarəti altına vermək istəyini açıqlaması barədə erməni mətbuatına dediyi müxalif fikirlər olub.

“Belə bir sənədin artıq imzalandığı bidirilir. Gələcəkdə İrəvanın bütün Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyacağını da istisna olunmur. Ermənistan ictimayəti Əskipara məsələsi ilə bağlı suallar içindədir. Xalqa artıq hər şeyi düz danışmağın vaxtıdır”, — deyərək o bildirib.
Xatırladaq ki, Kərki ilə bərabər, Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycanın işğal altında olan eksklavlarıdır. Anna Qriqoryan Paşinyanın «Mənim addımım» fraksiyasından istefa verib, «Dirçələn Ermənistan» blokuna qoşulub.
Elnur Səlim