Ermənistanda Rusiya hərbçiləri qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, hadisə bu gün səhər saat 07.00 radələrində Gümrü-İrəvan magistralında, Talin yaşayış məntəqəsi yaxınlığında baş verib.
Müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi idarəetməni itirib və minik avtomobili dərəyə düşüb.