Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək.
Bu, Şuşanın Baş Planında nəzərdə tutulur.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov:
“Baş planın işlənməsi zamanı ilk olaraq şəhərdəki küçə-yol infrastrukturunun yaradılması yer tutacaq. Şəhərdəki 200-ə qədər tarixi abidənin əksəriyyəti bərpa prosesinə cəlb olunacaq. Şəhərin mərkəzində üçün daha sıx, daha aktiv həyat olacaq, burada 4-5 mərtəbəli yaşayış və ictimai işgüzar binalar olacaq.Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Yeni məscid kompleksi tikiləcək. Əsas məqsəd məskunlaşmağa hazır olan kimi və insanlar qayıdanda şəhəri dayanıqlı və komfortlu şəkildə təşkil etməkdir”.
Leyla Həsənova

Bu xəbəri paylaşın: