Bizə yazırlar: Heç kim köhnə döyüşçülərin, Vətən uğrunda çəkdiyi əzab-əziyyətlərə kölgə sala bilməz

Hamını salamlayıram. Heç kim köhnə döyüşçülərin, Vətən uğrunda çəkdiyi əzab-əziyyətlərə kölgə sala bilməz və bu iş onların çəkisində deyil.

Birinciyə-ikinciyə əlbət ki, ayırmazdım vətən oğullarını,vətən müdafiyəçilərini. Ancaq bu müharibədən sonra bəzi ağzl göyçəklər istəyirlər ki, ayrıseçkilik salalar, döyüşçülər arasına, nifaq salalar. Bu müharibənin dünəni bu günü yoxdur, sabahı və gələcəyi var.

Odur ki, həqiqi vətən oğulları birinci, ikinci söhbəti etmirlər və sabah da müharibə olası bir vaxtda həmişə vətən uğrunda ölüb, öldürməyə hazırdırlar. O vaxtlar döyüşlərin harda və kimlər tərəfindən necə aparıldığını biz çox gözəl bilirik.

O cümlədən də Akif qardaşəmızın və Beyləqan batalyonunun necə döyüşdütünü hamımız çox gözəl bilirik. O vaxtlar Lələtəpəni, Nərgiztəpəni, Şişqayanı və ətraf yüksəklikləri həmin batalyonların döyüşçüləri demək olar ki, yalın əllə bir neçə dəfə almışdılar. İndi heç kimin haqqı deyil ki, Akif kimi komandiri və onun tabeçiliyində olmuş döyüşçüləri senzuradan keçirsin.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza allah şəfa və can sağlığı versin!

«Fədai» qəzetinin jurnalist heyətinə və onun redaktoruna Allah uzun ömür, can sağlığı versin. Çünki bu 26-27-ildə hamı biz döyüşçüləri hər kəs unutsa da, yaddan çıxarsa da, «Veteran-Fədai» qəzetinin redaktoru heç vaxt biz döyüşçüləri yalqız qoymayıb və həmişə bizimlə olub.

Onların hansı fədakarlıqla, qəhrəmanlıqla və hansı çətinliklə o qəzeti bu günə kimi saxlamaqlarının mən şahidiyəm.

Var olun, Xaqani müəllim və var olsun sizin yazarlar.

AVMVİB-nin sədrinə və bütün İdarə Heyətinə Allah ömür versin. Nə yaxşı ki, siz varsız…

Allah dünyasın dəyişənlərə rəhmət eləsin!

Biz döyüşçülər, həqiqi döyüşçülər, həqiqi vətən oğulları həmişə sizinləyik!

Nazim Paşayev

Müharibə veteranı

Bu xəbəri paylaşın: