«Dağ tülkücü»nü Şuşanın azad edilməsi öldürdü

«Dağ tülküsü» ləqəbli, 1992-ci ildə Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tatevosyan Cıdır düzü əvəzinə, 31 mart 2021-ci ildən Yerevandakı bu məzarlıqda “dincəlir”.

Ter-Tadevosyan Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Tbilisidə orta məktəbi bitirdikdən sonra, Ümumqoşun Komandirlər Məktəbi və Leninqrad Hərbi Akademiyasının Arxeoloji Xidmətlər və Nəqliyyat Akademiyasını bitirib.

TerTadevosyan Ermənistanda «Şuşa işğalının lideri» kimi tanınır. O, erməni silahlı qüvvələrinin formalaşmasında iştirak etmiş və inkişaf etmiş bir qurum kimi ortaya çıxmadan əvvəl ciddi çətinlikləri aradan qaldırmağa kömək etmişdir. 25 may 1992-ci ildə Qarabağ müharibəsi zamanı əldə etdiyi uğurlar üçün Ter-Tadevosyana general-mayor rütbəsi verilib. Həmçinin Mübarizə Xaçı medalı ilə təltif olunur.

Sonralar veteranları birləşdirən təşkilatın yaranmasında iştirak edib. 2000-ci ilin may ayında Ter-Tadevosyan Yerkrapah veteranlar ittifaqını tərk etmiş və Azadlıq müharibəsi veteranları ittifaqını qurdu, o həmin ilin iyul ayında tərk etdi, baxmayaraq ki, qoşulmuş şəxslər haqqında şəxsi narazılıqlarını bildirirdi.

Qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Bako Saakyan Ter-Tadevosyanı 2009-cu ildə Şuşanın işğalının 17-ci ildönümünə həsr olunmuş «Qızıl Qartal» ordeni və «Dağlıq Qarabağ Qəhrəmanı» adına layiq görülmüşdür.

Bu qoca köpək 31 mart 2021-ci ildə 81 yaşında İrəvanda gəbərdi.Çox güman ki, Ordumuzun zəfəri «Dağ tülküsünün» cəhənnəm yolçuluğunu tezləşdirdi. Çünki qohumları erməni saytlarına və Simonyanın «Sputnik»inə öz açıqlamalarında bildirmişdilər ki, İlham Əliyev Şuşada bayram tonqalı yandıranda Arkadi Ter-Tadevosyan ikinci dəfə infarkt keçirdi

Eldar Tağıyev

Ukrayna

Bu xəbəri paylaşın: