Bu yarıtmaz qanunun əleyhinə səs verən millət vəkillərinin mövqelərini təqdim edəcəyik. Bəzi deputatlar bizimlə razı olduqlarını bildirik ikili mövqe ortaya qoydular.
Razi Nurullayev «Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanuna təklif edilən dəyişikliklərə münasibət bildirib.
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı qanun layihəsi xeyli təzadlı mövqeləri ortaya qoydu. Qanun layihəsinin bu sahədə formalaşan acınacaqlı vəziyyəti daha da ağırlaşdıracağı düşüncəsindəyəm. Ona görə də əleyhinə səs vermişəm.
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bu şəkildə qanun layihəsinin qəbul edilməsi vətəndaşlara qarşı atılan antaqonist bir hərəkətdir: «Bununla bərabər, dərəcələr arasında qoyulan fərqin 1 faizdən 5 faizə qaldırılmasını müsbət hal kimi dəyərləndirəm. Bütün bu problemlərə yol açan ən ağrılı məsələ isə Nazirlər Kabinetinin qəbul etdiyi 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarıdır. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilib və bir çox xəstəliklər siyahıdan çıxarılıb. Bu tip qərarları Nazirlər Kabineti təkbaşına qəbul etməməlidir. Bunu Milli Məclis müzakirə etməlidir. Ümumiyyətlə, insanların taleyini müəyyən edən məsələlərlə bağlı məsələlər geniş ictimai müzakirələrdə dinlənilməli və qərarı da parlament verməlidir. Gücüm çatan məsələ isə bu qanun layihəsinin əleyhinə səs verməklə təsəlli tapmaqdır».
Mənbə: Sputnik Azərbaycan
P.S. Videonu izləməyi unutmayın:
