Biz niyə, beləyik?!

ELBARİZ MƏMMƏDLİ

Jurnalist

Artıq neçə gündür ki, İsfəndiyar Vahabzadənin sərsəm Jirinovskiyə cavabı Azərbaycan və Rusiya mediasının əsas mövzusuna çevrilib. Rus mətbuatında nələrin deyildiyi aydındır və bunu şərh etməyə eytiyac duymuram.

Çünki imperiya siyasətinə xidmət edən media və siyasi quruluşların işğalçılıq niyyətlərindən başqa nədənsə söz açacağını gözləməyə dəyməz. Aydındır ki, şimal qonşumuz hələ də özünü çar və sovet dövründəki kimi, regionun ağası rolunda görür , bütün hərəkətlərində bunu aydınca sezdirir. Nəs, bu düşmənçilik niyyətləri qarşısında biz, özümüzü necə aparırıq? Bu millətin siyasətçisi, alimi, hüquqşünası, yazarı, sıravi vətəndaşı düşmən həmlələr önündə səssizliyini qoruyub, nəyi gözləyir?

Bir faktı deyim ki, Jirinovski millətimizi və dövlətimizi təhqir edən tək adam deyil. Qarabağdakı haqlı savaşımıza erməni soyqırımı ləkəsi vuran Zatulin, boynundan erməni xaçı asıb ağlına gələni danışan Solovyev, onun yedək qancığı Skabeyeva, Popov, dünən hədəsinin dozasını artıraraq banlayan Dövlət Dumasının rəsmisi Tolstoy və başqaları da Azərbaycana və onun xalqına qarşı açıq düşmənçilik niyyətləri ortaya qoyurlar. Biz susuruq. Əvəzində bolşevik törəmələri satqın babalarının əməllərini davam etdirib, Vahabzadəyə hücuma keçirlər. Bilirsiniz, bu bəlanın sirri nədədir?

Açın orta məktəb dərsliklərini və baxın. Kimlər var orda? Cavidi, Cavadı, Müşviqi, Mümtazı, Sanılını və. s xain adlandırıb suçlayanlar. » Oxuma tar, sevmir səni proletar» deyənlər. Və onların xisləti ilə bu gün ədəbiyyatda var olmaq istəyənlər , düşünürlər ki, birdən nəsə olar. Özlərini gələcəkdə ləyaqətli qələm adamlarının üzünə durmağa, haqqında böhtanlar yazmağa hazırlayırlar.

Heç kimə qəribə görünməsin, repressiyalar dövründə özlərinin əxlaqsız yazıları ilə bu millətin nekroloqlarını onun qələm adamları yazıb. Türk düşüncəsinə qənim kəsilməklə, millətin köləyə çevrilməsində əsas rolları oynayıb. İndi özünü milli şair, yazıçı, alim, siyasətçi, deputat adlandıranlar niyə susurlar? Hanı Türk ədəbi gəncliyinə ağalıq etmək sevdası ilə yaşayanlar? Qrantla vətənpərvərlik olmur, axı. Çünki qrant kəsiləndə vətən hissi də tükənir. Bəziləri elə düşünür ki, kənardan gələn bütün həmlələrə dövlət tərəfindən cavab verilməlidir.

Rusiyanı bütün dünya söyür. Amma dövlət ona cavabə jirinovskilərin ixtiyarına buraxır. Mən kiməsə jirinovskilik arzulamıram. Bu ləyaqətli yaşamaq deyil. Hərçənd ki, bizə qarşı olan mənəvi, psixoloji, siyasi və hərbi hücumlara hamımız cavab verməliyik. Biz heç bir xalqın haqqına və hüququna əl uzatmırıq.

Başqaları da bizə qarşı o davranışı sərgiləməlidir. Rusiya Ukraynanı, Gürcüstanı işğal elədi. Bizim fikrimizi sorusdumu? Xeyr.

Otuz ildən artıqdır ki, Qarabağda və ətraflarında, ölkəmizin digər bölgələrində həyatımızı cəhənnəmə çevirdi. Əməllərindən əl çəkdimi? Xeyr.

Deməli, biz haqlıyıq. Həm özümüzün, həm də işğalçı oyunların əsirinə çevrilmiş rus və digər xalqların rahat həyat yaşamasını istəyirik. Daxildəki düşmənlər ümidlənməsin. Onsuz da bu oyunların xeyri yoxdu. Bizim qardaş Türkiyə və kiminləsə hər hansı birliyə getməyimiz, bu millətin və dövlətin özəl işidir. Biz özümüz olmalıyıq. Kiminsə istəyindən və marağından asılı olmayaraq, biganəliyin daşını atıb, yolumuza və mübarizəmizə sahib çıxmalıyıq. Bu gün Vahabzadənin üstünə gəlib, onu susdurmağa çalışanlar, sabah bunu bütün millətə qəbul etdirmək iddiasıa düşəcəklər.

İşğal və köləlik necə olur ki?

Bu xəbəri paylaşın: