Rusiya DİN Vahabzadənin haqlı olduğunu təsdiqlədi

Rusiya Daxili İşlər Nazirliyi azərbaycanlı keçmiş səfir İsfəndiyar Vahabzadənin 50 il müddətinə ölkə ərazisinə girişinə qadağa qoyub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İ. Vahabzadə Rusiya LDP-nın sədri V. Jirinovskiyə cavab xarakterli video-müraciətində guya rus xalqını təhqir edib və Rusiya Daxili İşlər Nazirliyi İ. Vahabzadənin tam haqlı olduğunu üzə çıxardı. Bu günədək Rusiyanın rəsmi televiziyalarından Azərbaycan xalqını rus «propaqandonistləri», xüsusən də Jirinovski və Solovyov dəfələrlə təhqir ediblər. Onda RF DİN hara baxırdı?

Bu xəbəri paylaşın: