Sosial şəbəkədə daha bir qaziyə qarşı diqqətsizlik müzakirə mövzusuna çevrilib.
İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsində əfsanələşən qazilərimizdən olan Kamran Elşad oğlu Həsənovun aşağıda gördüyünüz “evdə” yaşayır və ödənməmiş işıq borcuna görə ailənin işığı kəsilib.

Döyüşdə bir gözünü itirən qazi Kamran Həsənov müharibədə göstərdiyi xidmətə və cəsurluğundan dolayı 4 medalla təltif olunub.
İndi siz deyin 1 gözü olmayan bir insan qaranlıq daxmada necə hərəkət edəcək, ehtiyacların ödəyəcək?!
Budurmu qazilərə dövlət qayğısı?!
Mənbə: Azerbaijan’s voice in Europe
P.S. Bu şərəfsizliyə əl atan və qazilərimizə qarşı erməni planlarına alət olanlara bircə sözümüz var: Gəlin bircə gözünüzü çıxaraq, nə əlillik, nə imtiyaz, nə mənzil, nə də təqaüd və s. istəmirik. Elə bu addımı qanuniləşdirin…
