Başları tut arağına, yalançı təlim və dul qalmış axçilərə qarışan rus işğalçı güclərinə yol görünməkdədir…
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qvqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Özünü «sülhməramlı» adı altında ölkəmizə soxmuş Rusiya rəsmi olaraq separatçı rejimi tanıdığını və dəstəklədiyini ictimaətə bəyan etdi.
Rusiya işğalçı gücləri isə Azərbaycanı atəşkəsi pozmaqda ittiham etdi.
Rus işğalçılarının açıqlamasında deyilir: “Avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri «Dağlıq Qarabağ» silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”, — məlumatda deyilir.
Artıq bu rus ayısından sazişin bəndlərinə əməl etməyi tələb etməyin zamanı gəldi. İsti hava, dozalı tut arağı və dul qalmış haykanuşlar rusları çaşdırıb…
