«Mirşahinin vaxtı»ndakı Sonanın «uşaqları…

Kommunistlərin babası Nəriman Nərimanov yoldaşın cızdığı bir yol hələ də qüvvədədir. Bu gün Bahadırın aldığı Sonaların uşaqları bu xalqın gününü «göy əskiyə» büküblər. Sonanın bic gədələri, Məmmədhəsən əminin eşşəyini «yeyib» onu hacı olmağa qoymadılar. Bizləri «Novruzəlinin poçt qutusundan» çıxmağa imkan vermədilər. «Danabaş kəndinin uşkolunu» bitirib daraş gəldik bu məmləkəti sökməyə. Keçmişləri qaranlıq, gələcəkləri məchul olan belə adamların hansı «mədənlərdən» çıxdıını ifadə edəcək tək ifadə elə «Sonanın uşaqları» ifadəsidir…


Postsovet məkanında yaşayan hər kəs yaxşı bilir ki, Jirinovski Rusiya hakimiyyətinin qapı arasında qalan cinsiyyət orqanıdır. Rusiya üçün qapılar kipləşən kimi Jirikin bəyirtisi çıxır. Bəs sizin haranız ağrıyır ki, ay ortaya düşüb Jirikə vəkillik edənlər? Jirikin müdafiəsinə qalxmanız cəhənnəmə, hələ bunu Dövlət marağı kimi xalqa sırımağa çalışırsınız?


Yaxud elə Solovyovu götürün. O, da Rusiyanın arxa «qapısıdır». Ağızdan daxil olan bütün pislikləri xalqların, millətlərin və dövlətlərin başına ifraz edir. Özü də bəzi xalqlar etiraz etsələr də bizim bu «Sonanın uşaqları» səs çıxarmazlar. Niyəsini gördünüzmü?


Jirinovskinin içimizdəki komandasına baxın. Rasim Musabəyov, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Mirşahin Ağayev, Aynur Camalqızı, Elman Nəsirov, Fazil Qəzənfəroğlu və …


Düzünü desəm mənim İsfəndiyar Vahabzadədən xoşum gəlmir, amma içimizdəki «dövlətçi» Jirinovski müdafiəçilərindən isə zəhləm gedir. Anlamadığım budur ki, Dövlətimizi, ölkə xalqını, ölkənin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi təhqir edən Jirinovskini müdafiə edənlər hansı kolonun «dal təkərləri» olduqlarının fərqindədirlərmi? Yoxsa Jirik seçki kompaniyasında bunca deputat ştatlı və mirzə ştatlı adamlara öz səxavət torbasının ağzını açıb? Reklama baxın: «JİRİNOVSKİ TƏHQİR ETDİYİ XALQA QALİB GƏLDİ. ONUN «NÜMAYƏNDƏLƏRİ» ONU NECƏ CAN-FƏŞANLIQLA MÜDAFİƏ EDİRLƏR!» Belə cocuğu olan Sonanı söyməyib neyləyəsən?


Belə yerdə deyiblər ki, «adamı qova-qova Mirşahin eləyərlər». Utandırıcı olsa da bir fakültədə oxuduğum Mirşahin öncə qazilərə dil uzatdı, ətrafı sakitləşdirdim. Bu gün televiziyada qəzetçilik, qəzetdə televiziyaçılıq edən Mirşahin bu dəfə də hədəfi düz seçə bilməməsinə çaşmadım. Görəsən bu statusu Mirşahinə kim verib ki, hamıya əxlaq dərsi keçsin? Məsələn, özündən böyük birisi haqqında yazır: (rəhmətlik atası mənə tarixi müsahibəsində məhz İsfəndiyarı “Şeytana yaxın övladı” adlandırmışdı). Amma unudur ki, buna bənzər fikri 525-ci qəzetdə tələbə yoldaşımız Yusif Rzayev Şirməmməd Hüseynovun adından yazdığını sosial şəbəkə yayır. Deməli, bu iki tələbə yoldaşımızdan biri mütləq yalandan yazıb. İndi isə jurnalistin ritorikasından seçmələrə diqqət edin: «Dayaz və məsuliyyətsiz, qaragüruh zövqü, “metrikasız” internet “telekanallar”ının bəsit zövqlü, primitiv düşüncəli izləyiciləri, qaragüruhun rəğbəti, populist bir boşboğazlıq, aparıcığazlar, “zorən diplomat?”, Başıpozuq, qaydasız, başsız efir, Ağız sərhədini qoruya bilməyənlərin məsuliyyət böhranı!, Jirinzadə və ya Vahabovski» və s. və i.a…


Bir jurnalistin bu təhqirlərə məruz qoyduğu əhali sayını hər biriniz müəyyən edə bilərsiniz. Facebookda 2020-ci ilin dekabr ayındakı IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə «Facebook» istifadəçilərinin sayı 4,327 milyonu ötür. Twitterdən Azərbaycanda 212 min nəfər istifadə edir. Linkedinin 460 min istifadəçisi var. İnstagramdan 3,6 milyon insan istifadə edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bildirdiyinə görə, «Youtube» sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52 faizini təşkil edib. Hesabınızı çıxarın və hazırda dünyada 7.7 milyard insanın tam 4,4 milyardı sosial şəbəkə istifadəçisi hesab edilir. «Dayaz və məsuliyyətsiz, qaragüruh zövqü, “metrikasız” internet “telekanallar”ının bəsit zövqlü, primitiv düşüncəli izləyiciləri»nin sayı bəlli, siz o «zövqlü, epitetli, pafoslu və özündən müştəbeh» televiziyanızın sosial şəbəkədən kənar izləyici sayını yazın. Sizə baxıb belə yerdə deyirlər ki, Allah Jirnovskinin heç atasına rəhmət el…əməsin! «Eləsin» deməyə dilim varmaz. Amma bir daha deyirəm ki, İ. Vahabzadənin də özündən razı pafoşundan zəhləm gedir, amma onun atası «Gülüstan» poeması yazanda sizinki əri soyumuş arvada və yumurtadan soyumuş kürt toyuğa «hövür və mehr duası» yazırdı…


İllərdir ki, Jirinovski Azərbaycan xalqını və dövlətini təhqir edir. Bu mənşələri bəlli olmayanlar, onda niyə cavab vermirdilər? Biz nə edək ki, asqıranda İran, öskürəndə Jirinovskiyə oxşayan Rusiya inciyir? Özümüzümü boğmalıyıq? Jirinovski və Solovyov kimilərinin varlığı elə Rusiyanın təhqir olunması deməkdir. Bu gün aldığınız sifarişi dövlətçilik adıyla dürtüşdürməyin. Dövlət təhlükədə olanda hər birinizin fəaliyyəti göz qabağında olub. Elə ona görə də anlamamısınız ki, harada qan izi və xaos varsa orada rus «soldatının» «sapoq» izləri var. Qarabağda dağıdılmış 130 min evdə, 60-dan çox məsciddə və 1025 məktəbdə də bu izlər var. Rusiya 30 il boyunca Azərbaycanı və onun xalqını təhqirlərə məruz qoymuş Jirinovskini müdafiə etməklə, bir daha bu cinayətlərdə iştirakını təsdiqlədi. Çünki o, «İsgəndər»-M raketini itirəcək qədər həyasız olduğunu bəyan etdi. Dövlətimizin, rəhbərimizin təhqir olunmasına gəlincə isə, Dövlət bir millətin namusudur. Rəhbər bu Dövlətin təmsilçisidir. Onun üzərinə ayaq açana və dil uzadana nə etmək lazım olduğunu dövlətçi olan hər kəs bilir. Amma bu etdiyinizi, «dövlətçi» kimi sırımağa çalışmayın!


Yox dərdiniz Rusiyanın şərəfini qorumaqdısa, K. Marksın və V. Leninin ruslar haqqında dediklərindən başlayın. Əməlli — başlı «molodes» qapazlayarsınız. Məsələn, Vladimir İliç Lenin «demokrat» N.G. Çernışevskinin rus millətinə verdiyi tərifə heyran qalmışdı: «Gərəksiz bir millət, qullardan ibarət bir millət, yuxarıdan aşağıya — hamısı kölədir.» Yaxud da «Rusiyada əcnəbiləri, əclaf və təcəvüzkar, tipik rus məmuru olan əsil rus insanının-velikorus şovinistlərinin basqısından qorumaq lazımdır.» Haydı girişin və o Lenin babanızın leşini movzaleydən çölə atdırın. Adı ad, ordeni orden. Bu Vahabzadə ilə yenə Biləcəridən o üzə keçə bilməyəcəksiniz. Artıq bu ölkə sizlərə darlıq edir…


Guya bunlar Rusiyada bazarda al-ver edən mövsümçülərin taleyindən narahat olublar. Bu Jirinovskinin mirzələri və vəkilləri RF statiskasına diqqət yetirsəydilər, anlardılar ki, 2021-ci il və daha sonrakı illərdə Rusiyaya ən azı 1,5 milyon işçi qüvvə tələb olunur. Bu işçi qüvvə olmasa Rusiyanı daha fəlakətli demoqrafik vəziyyət gözləyir. Qaldı ki, orada bu rusbaşlı kommunistlərin yarıtmaz siyasətindən baş götürüb gedənlərin mövsümi işlə məşğul olanları onsuz da geri dönməkdədirlər. Gedin keçid məntəqələrində yaratdığınız vəziyyətə baxın. Guya canı yanan çıxıblar. Ay hay …


Amma bu xalq yanlışıyla, doğrusuyla birlik olur. Yanlışımıza da, doğrumuza da sahib çıxmalıyıq. Yerli-yersiz deyirlər ki, bütün insanların torpaqları bir yerdən götürülüb. Vallahi bu yalandır. Bəzi adamların torpağına bol-bol peyin qatıblar, özü də çox qatıblar. Danışanda belə adamları özünüz görürsünüz. İndi əminliklə deyirəm ki, belələrinin susdurulması yaxşıdır. Danışmağı bacarmırsınızsa, susun. Heç olmasa, «Ala bu 3 manatı sus!» lətifəsindəki kimi susun…


P.S. Bir də unutma, Mirşahin, Vahabzadə soyadını İsfəndiyara görə deyil, bu xalq böyük şairimiz Bəxtiyara görə tanıyır. O soyadı «Vahabovski» eləmə, elə imkanın varkən, «Mirinovski» elə. Adı da ki, maşallah olsun, Vladi-MİR. İki «əmoğlu» çiləyin getsin, onsuz da bu xalqın qulağını ikiniz də kanalizasiya borusu hesab edirsiniz…


Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: