AVMVİB rəhbərliyi, Fədai az kolektivi, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan tibb xidməti mayoru Məhəmməd Məmmədovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin. AMİN!
Müharibə veteranı Məmmədov Məhəmməd Rasim oğlu 14 avqust 1952-ci ildə Qusar rayonunun Köhnə Xudat Qazmaları kəndində anadan olub. Orta təhsilini 1969 -cu ildə başa vurub. Həmin ildən Azərbaycan Dövlət Tibb İnustutnun müalicə -profilaktika fakültəsinə qəbul olub.
O, 1975 ci ildə Azərbaycan Tibb İnustitutu , 1976-ci ildə isə Respublika Klinik Xəstəxanasında internatı bitirib. Təynatla Qusar Rayon Mərkəzi Xəstəxanasının laboratoriya müdiri vəzifəsinə təyin edilib.Bir müddət burada çalışdıqdan sonra, 1979-ci ildə ehtiyyatda olan zabit kimi ordu sıralarında çalışaraq, Qəbələ RLS-in tikinti hərbi hissəəsində xidmətə başlayıb. M. Məmmədovun xidməti başa catdıqdan sonra isə Daxili İşlər Nazirliyinin Bayıl təcridxanasının tibb hissəsində ordinator,Daxılı İşlər Nazirliyinin 10 saylı -İslah əmək müəssisəsində və 13 saylı vərəm xəstəliyinin müalicəsi üzrə İslah-əmək müəssisəsində həkim kimi işləyib.
O,1992 ci ilin iyun ayından Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi vəzifələrində xidmət edib. Daha sonra yeni yaradılmış hərbi hissəyə dəyişdirilmiş və bütün heyətlə döyuş bölgəsinə göndərilmişdir. Bu vaxt Ağdam rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların nəzdində yaradılmış ön cəbhə qərargahında tibb xidmət rəsi vəzifəsində olub. Cəfakeş həkimin tibb xidmətində cavabdehliyi bu sahəyə məsuliyyətini daha da artırmışdır. Bununla yanaşı, Daxili Qoşunların yeni yaranmış Xankəndi birqadasının da tibb xidməti vəzifəsini yerinə yetirəsi olmuşdur. O,Xındırıstan kənd orta məktəbəinin binasında yerləşən hərbi səhra lazaretinə (tibb mətəqəsinə) özü rəhbərlik etmişdir.

Ehtiyyatda olan tibb xidməti mayoru Məhəmməd Məmmədov Daxili Qoşunların Baş idarəsinin Binəqədi, Ağdam,Ağdərə rayonlarında yerləşən hərbi hissələrdə və Xankəndi birqadasında tibb xidməti rəisi , Daxili Qoşunların Bas İdarəsinin tibb şöbəsində baş zabit, Daxili Qosunların hərbi hospitalında isə baş ordinator vəzifələrində xidmət etdərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.

O, ömürün ən şərəfli anlarını Vətənin müdafiəsində kecirən həkim xidmətini şərəflə başa vuraraq 2000- ci ilin son ayında sıralarımızdan ehtiyyatda buraxılıb .Onun xidmət etdiyi hərbi hissədə bir tibb xidməti rəsi kimi Azərbaycanını ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyuk rolu olmuşdur.
Ehtiyyatda olan tibb xidməti mayoru Məhəmməd Məmmədov Peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 52 illk şərəfli xidmət yolunun 6 (alti) ilini Azərbaycan Dövlət Tibb inustutunda, 46 (qırıx altı ilin isə hərbi xidmətdə və tibb müəssisələrində fəaliyyətini davam etdirməkdədir.

O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hisələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Cinayətgarlıga qarşı mübarizədə, ictimai əsayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibb xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Müharibə Veteranı Məhəmməd Məmmədov Daxili Qoşunlarında xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın ( həkim andın ), hərbi nizamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümunə olmuşdur.
Məhəmməd Məmmədov Daxili İşlər Nazirliyinin İslah əmək (cəzaçəkmə) müəssisələrində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi müddətdə illər ərzində, Xidmətdə fəriqləndiyinə görə O, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, xidmət etdiyi hərbi hissə komandirinin və islah əmək ( cəzaçəkmə) müəssisəsinin rəisinin müvafiq əmrləri ilə mukaflandırılıb.
Ehtiyyatda olan Tibb Xidməti mayoru hal-hazırda Qusar rayonunda OKİ xəstəxanasında psixatriya şöbəsində çalışır.
DÖĞUM GÜNÜNÜZ MÜBRƏK MƏHƏMMƏD HƏKİM! HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
100 YAŞA, ALLAH SƏNİ QORUSUN ! AMİN !
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev




