Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanıyla təltif olunub.
Bu barədə sayta Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev məlumat verib.
O, bildirdi ki, xanım Tünzalə Yusifova, 44 günlük Vətən müharibəsi günlərində Ordumuza və cəbhədən geri dönmüş qazilərimizə verdiyi dəstəyə görə Fəxri fərmanla təltif olunub. Bu gün də vətənpərvər xanım T. Yusifovanın rəhbərlik etdiyi kollektiv öz xeyirxah işlərini davam etdirir. Şəhid ailələri və qazilərimizi unutmurlar.
Təltif mərasimində Ordumuzun və müzəffər Ali Baş Komandanımızın 44 gün ərzində xalqımıza Zəfər müjdəsi vermələrinin böyük əhəmiyyətindən danışıldı. AVMVİB Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev veteranlar adından təltif münasibətiylə Tünzalə Yusifovu təbrik etdi və öz minnətdarlığını bildirdi.
Təbrik edirik!
Elnur Səlim



