Bir şəhid Həmidağa Hüseynzadə vardı, var olsun!

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.


Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Və bu zirvədə olan şəhidimiz kapitan Həmidağa Hüsenzadənin 31 yaşı qeyd olunub.


Mərasimə şəhidin ailə üzvləri, döyüş dostları, MN təmsilçisi Abdulla Qurbani, İlahiyyatçı alim Surxay Məmmədli, xeyriyyəçi Kamil Zeynallı, Azərbaycan Vətən Müharibəsi Veteranları İB Nəsimi rayon şöbəsi veteranları və Əhli Beyt qrupu iştirak edirdilər.

Mərasim haqqında AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Mərasimdə şəhidin əziz xatirəsi yad edilmiş və ruhuna dualar oxunmuşdur. Şəhidlər ölmürlər. Onlar diridirlər. Bir şəhid Həmidağa Hüseynzadə vardı, var olsun!


Elnur Səlim

Bu xəbəri paylaşın: