TƏBRİK: POLKOVNİK- LEYTENANT QASIMOV NAMAZ — 66

 Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyyatda olan polkovnik- leytenant Namaz Qasımovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən nailiyyətlər arzulayır.

 Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə və Silahll Quvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant  Qasımov Namaz Araz oğlu 21 avqust 1955- ci ildə Lacın rayonunun Hacıxanlı kəndində anadan olub.

 O, 1962-1972-ci illərdə Lacın rayonunun Hacıxanlı kəndində orta məktəbdə oxumuşdur. 1984-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Petrovski adına Xarkov Texniki Yangından Mühafizə məktəbinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi,1992-ci ildə isə Qaraheybətdə böluk komandiri kursunu bitirmişdir.

Namaz Qasımov 1974-1976-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Dəmiryol Qoşunlarının Ükrayna respublikasında yerləşən hərbi hissəsində  müdddətli həqqi hərbi xidmət çavuşu vəzifəsində və hərbi rütbəsində xidmət edib.

    Ehtiyyatda olan polkovnik leytenant Namaz Qasımov 197ci ildən — 2009- cü ilin sentyabr ayina kimi Daxili İşlər Nazirliyinin Sumqayıt şəhərində yerləşən Yanğından Mühafizə  Hisəsində yangin söndürmə nəfəri və Qarovul rəisi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt şəhərində, Laçın,Xəzər Hacıqabul,  Quba rayonlarında yerləşən və Ağdam rayonuna ezam olmuş hərbi hissələrdə  taqim və böluk komandiri, döyüş hazırlığı bölmə rəisinin köməkçisi, Mənzil-istismar xidmətinin rəisi, Əlahiddə hərbi hissənin qərargah rəisi, Hərbi hissə komandirinin Maddi texniki təminat xidmetleri üzrə müavini, Daxili Qoşunların Bas İdarəsinin Mənzil- istismar xidmətində isə yanğından  mühafizə üzrə müfəttiş vəzifəsində xidmət edib.

    Polkovnik- leytenant  Namaz Qasımov Daxılı İşlər Nazirliyinin Sumqayıt şəhərində yerləşən  Yanğından mühafizə  hissəsində  və Daxili İşlər Nazirliyinin  Daxili Qosunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ucun nümnə olmuşdur.

    O, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində,cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində ,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  bir  Əlahiddə hərbi hissənin qərargah rəisi,Əməliyyat alay komandirnin isə   Maddi texniki təminat xidmətləri üzrə  müavini kimi, üzərinə düşən  vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində və hərbi hissələrində, təlim və tədris mərkəzlərində, təhsil müəssisələrində, yanğından mühafizə xidmətini təşkili üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlimatların,lazımi təminat normaların,formalaşdırılmış sənədlərin, ixtisas hazırlığı üzrə tədris proqramların, metodiki və dərs vəsaitlərin hazırlanmasında, Maddi texniki təminat xidmətləri üzrə zabitlərlə,gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla  və kicik mütəxəssislərlə ixtisas hazırlığı üzrə məşğələlərin və metodiki təlim- toplanışlarının keyfiyyətilə  kecirilməsində  ehtiyyatda olan polkovnik leytenant Namaz Qasımovun  böyük rolu olmuşdur.

    Ehtiyyatda olan polkovnik- leytenant Namaz Qasımov peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün  35 illk şərəfli xidməti yolunu  Daxili İşlər Orqanında, Sovet ordusunda  və  Azərbaycan Respublikasının Daxili Nşlər Nazirliyinin Daxili  Qoşunlarında  hərbi xidmətə sərf edərək Vətənə, Dövlətə ,Xalqa sədaqətlə xidmət etmişdir.

    Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik- leytenant Namaz Qasımov 2002- 2009-cu illərdə Daxili Qosunlarin Bas İdarəsinində yanğından mühafizə müfəttişi,  Daxili Qosunların Quba rayonunda yerləşən hərbi hissədə isə hərbı hissə komandirinin maddi -texniki təminat xidmətləri üzrə müavini vəzifələrində xidmət edərkən bir çox komissiyanın, kompleks və məqsədli qurupların üzvü və rəhbəri kimi üzərinə düsən vəzifələrin, tapşırıqların yerinə yetirilməsinə,xidmət etdiyi şahədə  aşkar edilmiş nöqsanların aradan qaldırılmasına məsuliyyətlə yanaşmışdır.

    O, Azərbaycan Respublikasının  Ərazi bütövlüyü (Agdam, Ağdərə, Lacın, Kəlbəcər və Füzuli  rayonları istiqamətində gedən) uğrunda gedən döyüs əməliyyatlarında bir qrup  komandiri və Əlahiddə hərbi hissənin qərargah rəisi kimi iştirak edərək üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yerinə yetirmişdir.

     Xidmətdə fəriqləndiyinə görə ehtiyyatda olan polkovnik leytenant Namaz Qasımov Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, təhsil aldığı təhsil müəssisələrinin rəislərinin və xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrləri ilə bir sira medallarla, «Əla xidmətlərə görə» döş və «yubley «nişanları ilə, fəxri fərmanlarla, pul mükafatları ilə, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 DOĞUM GÜNÜN MÜBARƏK, NAMAZ!

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: