TƏBRİK: TAHİR AĞAYEV — 61

  AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyyatda olan kapitan Tahir Ağayevi döğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.

     Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin,hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Müharibə veteranı ehtiyyatda olan kapitan Ağayev Tahir Abbas oğlu  05 sentyabr 1960-ci ildə anadan olub. O, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Saratov Ali  komandirlik məktəbində kafedra rəisi, 1992-ci ildə isə Daxili Qoşunların ilk Komandanı  vəzifələrində xidmət etmiş, 06 iyul 1950 ci-ildə Cəlilabad şəhərində anadan olmuş  (qardaşı) general-mayor Ağayev Rafik Abbas oğlunun  istək və arzuları ilə Daxili Qoşunların  Baş idarəsinində zabit kimi  həqiqi hərbi xidmətə qəbul edilmişdir.

     Tahir Ağayev Daxili İşlər Nazirnin müvafiq əmri ilə   Qoşunların Baş idarəsinində xidmətə qəbul edildikdən sonra Daxili Qoşunlar Komandanın əmri ilə Sumqayıt şəhərində yerləşən hərbi  hissənin hərbi hissə komandirinin  silah və texnika üzrə müavini vəzifəsinə təyin edilmişdir

    O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, silah, avtomobil və zirehli texnika üzrə əsasnamə və təlimtlarının tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olaraq Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    Müharibə veteranı Tahir Ağayev  Hərbi hissə komandirinin silah və texnika üzrə müavini vəzifəsində xidmət etdiyi illər ərzində hərbi hissəyə həvalə edilmiş vəzifələrin və tapşırıqların yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai əsayişin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində  kütləvi  ixtişaşların qarşlsının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düsən vəzifə borclarını  məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    O, xidmətdə fərqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə mükaflandırlıb və ona təşəkkür elan edilib

TAHİR BƏY! BİR İL DAHA BİTDİ, AMMA HEC VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ, HƏR KƏS EYNİ İLLƏRİ YAŞAYIR. BU İLIN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ» DEYƏRSƏN…

BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ…

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: