Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrnin I müavini Kamil Şirinovun Haqqa yürüşünün 40 günü tamam oldu.
Kamil Şirinov öz ömrünü Vətən yolunda xərcləmiş qazilərimizdəndi. Fəal ictimaiyyətçi kimi, həm I Qarabağ müharibəsi, həm 44 günlük Vətən müharibəsi günlərində daim öndə olmağa can atıb. Müharibədən dərhal sonra elə 1994-cü ildə olduğu kimi problemi olan qazilərimizin yanında olmağa çalışırdı.

Qazimizin vəfatının 40-cı günüylə bağlı AVMVİB-nin müxtəlif rayon şöbələrindən mərasimə gedən müharibə veteranları onun məzarını ziyarət edib ruhuna dualar oxuyublar.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!
AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
