Kəlbəcər ədəbi mühitinə ağır itki üz verib

Kəlbəcər ədəbi mühitinin nümayəndələrindən olan Qaçay Məhəmməd oğlu Səlimov dünyasını dəyisib.


Şair Qaçay Səlimov aşıq Alı şeiryyatının vurğunu olub.
Aşıq Alı yaradıcılığının təsiriylə 90 nəzirə yazıb.


Xatırladaq ki, şair Qaçay Səlimovdan başqa 200 il ərzində Aşıq Alı və Aşıq Ələsgərin şeirlərinə nəzirə yazan olmayıb. Kəlbəcərin ədəbi mühitində özünəməxsus yeri olan şairin ən böyük arzsu doğma yurda qayıtmaq idi.


Şair yazılarının bir qismini Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşəndə itirib.


«Hafiz» təxəllüsü ilə şeirlər yazan Qaçay Səlimov, el arasında «Şıx Qaçay», «Təcnis Qaçay » təxəllüsləri ilə tanınınırdı. Şair Kəlbəcər həsrəti ilə yaşasa da, doğma Kəlbəcəri görmədən dünyasın dəyisdi.


AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi Elnur Səlimə və mərhumn yaxınlarına Qaçay Səlimovun vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.


Məkanı cənnət olsun!


Allah Rəhmət eləsin!

Bu xəbəri paylaşın: