Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Harun Alqayevin məzarı və ailəsi ziyarət olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev qəhrəman rayonda şəhidlərimizə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Harun Alqayev kimi qəhrəmanlar ən yüksək ada layiqdirlər. Şəhidin atası Məhəmməd Alqayev şəhidin keçdiyi döyüş yollarından danışıb.
Bu barədə AVMVİB Balakən rayon şöbəsinin sədrinin müavini Vaqif Hünbətov məlumat verib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
Bu xəbəri paylaşın:
