Şəhidlər unudulmaz, şəhidlər ölməz!

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq, Goranboy veteranları Anım mərasimlərini davam etdirib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.


E. Məmmədov bildirib ki, müharibə veteranları Yevlax və Bərdədən olan şəhidlərin məzarlarını ziyarət ediblər. Bu Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev və Ağdaş rayonundan olan müharibə veteranları da mərasimdə iştirak ediblər.

Müharibə veteranları şəhidlərin məzarlarını və onlara həsr olunmuş abidə komplekslərini ziyarət edərək gül dəstələri düzüblər.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: