TƏBRİK: MURADOV RİZVAN ŞABAN OĞLU — 55

       Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar  dövrünün  16 (on altı) ildən çoxunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirən 2-ci Qrup mühariibə əlili, ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlunun 8 sentyabrda 55 yaşı tamam olur.

Bu gün münasibətilə Avmvib rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə  Veteranı ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlunu doğum günü münasibətilə semimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı ,ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

    Qoy yaşının üstə gələn bu yaş Rizvan Şaban oğlu Muradova  sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun Rizvanı xoşbəxt edəcək şəkildə keçsin. Amin!

    Ehtiyatda olan mayor Muradov Rizvan Şaban oğlu  8 sentyabr 1966 — cı  ildə Şəmkir rayonun Qapanlı kəndində anadan olub.

   O, 1973 -cü ildə Şəmkir rayonunun  Qapanlı kənd orta məktəbəinin  birinci sinifə getmiş, 1983-cü ildə həmin məktəbi bitirmişdir.

    Müharibə Veteranı  ehtiyyatda olan mayor Rizvan Şaban oğlu Muradov 1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının LKGİ-nın 60 iliyi adına Sankt-Peterburq şəhərində yerləşən Ali Hərbi  Siyası məktəbə daxil olub, 1988-ci ildə isə həmin ali hərbi məktəbi bitirib.

     Rizvan Şaban oğlu Muradov 1984-cü ilin iyul ayından 1992-ci ilin yanvar ayının 10-na kimi SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Solkamski şəhərində yerləşən hərbi hissədə böluk komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etmişdir.

    Müharibə Veteranı ehtiyyatda olan mayor Rizvan Muradov 2000-ci ildə Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd təsərrüfatı Akademiyasında müəllim işləmişdir.

   O,19 yanvar 1992-ci ildən-2000-ci ilin yanvar ayina kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Gəncə şəhərində,  Ağdam, Füzuli və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində böluk komandiri, hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, tabor komandiri, hərbi hissənin qəargah rəisinin birinci müavini  vəzifələrində olmuşdur.  hərbı hissə komandirinin müavini-qəragah   rəisi vəzifəsini icra etmişdir.

    Müharibə Veteranı ehtiyatda olan mayor Rizvan Muradov 2000-ci ildə Xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Təhsil Nazirliyinin Gəncə şəhərində yerləşən Kənd təsərrüfatı Akademiyasında müəllim işləmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları  istiqamətində)  gedən döyüşlərdə iştirak etmiş, 22 dekabr 1993-cü ildə Füzuli rayonunun Böyük- Bəhmənli kəndlinin azad olunması üzrə gedən döyüşlərdə  ağır yaralanmışdır.

   O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

   Mayor Muradov Rizvan Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində, yüksək göstərilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə  O, Daxili İşlər Nazirinin müvafiq əmri ilə. həvəsləndirmə qaydasında vaxtından əvvəl mayor hərbi rütbəsi verilib .

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RİZVAN BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİR » DEYƏRSƏN…BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: