TƏBRİK: Seyidrza Heydər oğlu Seyidov — 64

Müharibə veteranı, əfsanəvi Birinci batalyonun kəşfiyyat rotasının komandiri Seyidrza Heydər oğlu Seyidovun 64 yaşı tamam olur.


Azərbaycanın Milli Ordusunun yaranmasında iştirak edən Seyidrza Seyidov düşmənə qarşı aparılan ilk döyüşlərdə iştirak edib. Bu gün də müharibə veteranlarını öz ətrafında birləşdirən AVMVİB — nin fəal üzvlərindəndir və Birliyin təsis etdiyi Xatirə medallarıyla təltif olunub.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Fədai az. kollektivi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü Seyidrza Seyidovun doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir. Həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!

Şahin Ağayev
AVMVİB sədrinin müşaviri

Bu xəbəri paylaşın: