Borçalı və Şuşa yalnız şəhər, mahal adları deyildir. Antik dünyanın və orta əsrlərin 2 elitar nəslinin adıdır.
1721-ci ildə Osmanlı ordusu baş qərargahının tərtib etdiyi «Dəftəri-müfəssəli-Tiflis»də göstərilib ki, Şuşalu və Borçalu camaatı Kür çayı boyunca Tiflis ilə Bərdə şəhərləri arasında yaşayır. Xristianlığın ilk illərində Bərdə hakimi olmuş Bars xan Şuşa nəslindən idilər.
O, sasanilərin vassalı kimi Albaniyanı və İveriyanın şərqini idarə edirdi. Xilafətin zamanında Borçalı və Şuşa bəyləri İslam dinini qəbul etdilər. Səlcuqlar gələndə onlara qoşulub Anadolunun fəthində iştirak etdilər. Misir məmlüklərinin Hələb şəhərinə basqınlarının qarşısını aldılar. Məmlük sultanının kiçik qardaşı Əmir Yaşbəy Suriyanın şimalına çatanda Zülqədər oğlu Şahsuvarın çağırışıyla Şuşa bəylə Borçalı bəy 15 minlik süvari ilə köməyə getdilər.
Əmir Yaşbəyin ordusunu darmadağın etdilər. Bu həmin Yaşbəydir ki, bir müddət sonra İmadəddin Nəsiminin dərisini soydurmuşdu.
Gəlin düşünək: «Biz, belə bir qəhrəman nəsillərin övladları Şuşaya rus pisməramlıların süngüsü altından əyilib getməyə layiqikmi?»
İlhami Cəfərsoy