AVMVİB Mingəçevir şəhər şöbəsində tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsi tədbir keçirib.


Tədbirdə AVMVİB Mingəçevir şəhər veteranlarına üzvlük vəsiqələri, Fəxri fərmanlar və Xatirə medalları verilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Natiq Həsənov bildirdi ki, şəhər veteranları, istər Anım tədbirlərində, istərsə də şəhidlərimizin məzarlarının ziyarət edilməsində yaxından iştirak ediblər. Bundan sonra da anoloji tədbirlərimiz davam etdiriləcək. Bu tədbirdə də şəhər şöbəsinin işində fəal olan veteranlarımızı təltif etdik və yeni qəbul olunmuş üzvlərimizə üzvlük vəsiqələrini təqdim etdik.

Elnur Səlim

Bu xəbəri paylaşın: