Müharibə veteranı ECE hospitalın kollektivinə minnətdarlıq edir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, II qrup əlil Sadiq Qədirli bu günlərdə açıq ürək əməliyyatı keçirdiyi ECE hospitalın rəhbərliyinə, tibbi personala öz dərin minnətdarlığını çatdırmamızı xahiş etdi. Bildirdi ki, Millət vəkili, doktor Rəşad Mahmudovun diqqət və qayğısı sayəsində öz sağlamlığına qovuşub.


Sadiq Qədirli yazır:


— Oktyabr ayının 4-də tale məni yenə sınağa çəkdi. ECE hospitalda açıq ürək əməliyyatı olundum. Əməliyyatın ağır olduğunü bilirdim. Onu da bilirdim ki, bizim həkimlərimiz heç də dünya şöhrətli həkimlərdən geri qalmır.


Adını kütləvi informasiya vasitələrindən eşitdiyim Millət vəkili, doktor Rəşad Mahmudova müraciət etdim. Məni öz doğması kimi qarşıladı, dinlədi və dedi ki, problem böyükdür, şükür ki, həlli mümkündür. Müayinələrdən sonra əməliyyat olunacağım gün təyin olundu. ECE hospitala əməliyyat olunmaq üçün daxil olduğum andan müharibə veteranı kimi xüsusi qayğıyla əhatə olundum. Hospitalın tibbi personalı gənclərdən təşkil olunmuş gözəl bir kollektivdir. Tibb bacılarından tutmuş həkimlərədək hər kəs öz işini yüksək dərəcədə həyata keçirir. Ürək əməliyyatı keçirmış xəstələr sərbəst hərəkətdən məhrumdurlar. Kiminsə köməkliyi olmadan onlar ayağa qalxıb, uzana bilmirlər. Gecələr tibb bacıları işlərinin öhdəsindən kiminsə köməyi olmadan özlərı gəlirlər. Bu çox ağır bir işdir. Xəstə üçün edilən bir fədəkarlıqdır. Tibb müəssisəsində çalışan belə tibb bacılarını sizlərə tanıtmaq istərdim: Rəna Əliyeva, Şövkət Novruzova, Nüşabə Əfəndiyeva, Nəzakət Həsənova, Tehrana Həsənova, Böyük tibb bacısı Salehova Günel Salehova.
Həmçinin, Rəna Sabanova, Vəsilə Əbilova, Firəngiz Məmmədova xəstə baxıcılarıdır.

Həkimlərimiz başda Rəşad Mahmudov olmaqla, Nurlan Mahmudov, Kənan Əsədovun sayəsində sağlamlığıma qovuşdum. Hər birinə, ECE Hospitalın kollektivinə 82 min üzvü olan bir AVMVİB- nin səlahiyyətli nümayəndəsi olaraq, təşkilatımız adından öz təşəkkürümü bildirmək istəyirəm.


P.S. Başda doktor, Millət vəkili Rəşad Mahmudov olmaqla, bu qayğıkeş kollektivə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərdiklərinə görə AVMVİB adından öz minnətdarlığımızı bildiririk.

Bu xəbəri paylaşın: